Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, aeroport yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1975-ci il təvəllüdlü Axundova Esmira Cəmil qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.