Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Qobustan qəsəbəsindəki evlərin birindən 4100 manat dəyərində kombi, mətbəx və məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.

Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Səxavət Nəsirov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə Bakı şəhər sakini Q.Soltanovun 1000 manatının və 5000 manat dəyərində mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Şahnəsib Ağayev müəyyən olunaraq saxlanılıb.