Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 4500 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin nəvəsi müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.