Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun 28 May qəsəbəsi ərazisində baş verib.
İyulun 28-də Abşeron rayon sakini İ.Rüstəmov iki nəfərin hücumuna məruz qalıb. Onu bıçaqla hədələyib və “VAZ-2107” markalı avtomobilinin ön şüşəsini sındırıblar.
Daha sonra avtomobildən 5800 manat pulunu oğurlayıblar.
Zərərçəkmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə şikayət edib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri C.Rəhmanov və qardaşı, əvvəllər məhkum olunmuş N.Rəhmanov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.