Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş E.Cəfərov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda daha 4 evdən ümumilikdə 23.000 ABŞ dolları, 700 manat, 81.000 manat dəyərində qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.