Bakı şəhərinin Nəsimi rayonu, S.Salayev küçəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Teleqraf.com-a Nazirlikdən bildirilib.

İlkin məlumata əsasən, söküntü aparılan ərazidə təqribən 50 m² sahədə quru ot, ağaclar və söküntü materialları yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

15:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.