Azərbaycan Tibb Univeristetin Tədris Cərrahiyyə Klinkasınında intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 1986-cı il təvəllüdlü Aysel Xəlilova özünü klinikanın 10-cu mərtəbəsində eyvandan ataraq intihar edib.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.