Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini Z.Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Daşkəsən rayon sakini Arif Abbasovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.