Bakının Binəqədi rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını pozan “Hyundai” markalı avtomobil saxlanılıb.

4-cü polis şöbəsinin əməkdaşları tərəfindən şəxsi axtarış zamanı sürücü, Bakı şəhər sakini Vüsal Kazımovdan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.