Tərtər rayonunda qoyun otaran şəxs minaya düşüb.

Teleqraf.com xəbər verir ki, hadisə aprelin 9-da rayonun Həsənqaya kəndi ərazisində baş verib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova “Report”a bildirib ki, Goranboy rayonu Xoylu kəndi sakini 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu hər iki baldırın orta 1/3 hissəsinin travmatik amputasiyası ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

O qeyd edib ki, xəstə həyatı göstərişlə əməliyyata qəbul olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report" bildirilib ki, faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.