Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Novxanı qəsəbəsi ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakinləri - A.Mirzəyevin idarə etdiyi “Hyundai” və Səbuhi Seyidovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Səbuhi Seyidov ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.