Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, martın 28-də saat 1 radələrində Salyan rayonunun Pambıqkənd kəndi ərazisində Şirvan şəhər sakini B.Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 25-30 yaşlı kişini vurub.

Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.