Salyan rayon sakininin bank hesabından pul oğurlanıb.

Teleqraf.com xəbər verir ki, Salyan rayon polis şöbəsinə müraciət edən Kolanı kənd sakini Ə.Cəbiyev oktyabrın 25-də bank hesabından 1000 manat pulunun oğurlanmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.