Bakının Nəsimi rayonu ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, müəyyən edilməyən avtomobillə yolu keçən Ağdaş rayon sakini S.Məmmədova vurulub.

Nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “NAZ-Lifan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini F.Mustafayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.