Yevlax şəhərində soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, mayın 30-da Yevlax şəhəri ərazisində naməlum şəxsin 4 yaşlı qıza zor tətbiq edərək qızıl boyunbağısını talaması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini H.Əsgərov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.