Salyan rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Salyan rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri S.Hüseynov və N.Əliyev müəyyən edilərək saxlanılıblar.