Salyanda ana və övladı koronavirus infeksiyasından vəfat ediblər.

Salyan şəhəri Aşıq Pənah küçəsinin sakini Əliyeva Ədilə Paşa qızı və qızı Aybəniz bu gün COVID-19-dan dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Əliyeva uzun müddət Salyan şəhər 7 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.

Bundan başqa, Qaxda iki bacı koronavirusun qurbanı olub.

Qax şəhər sakinləri - Elmira Vahidova və İlahə Vahidova COVID-19-dan dünyasını dəyişib. Qeyd edək ki, Elmira Vahidova 63 yaşında, İlahə Vahidova isə 48 yaşında koronavirusun qurbanı olublar.

Hər iki bacı Qax Rayon Uşaq İncəsənət Məktəbində müəllim işləyiblər./Report/