Nəsimi rayon İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, şöbəyə əvvəllər dəfələrlə məhkum olunmuş Əli Ağayevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs qısa zamanda tutularaq polis şöbəsinə gətirilib.
Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd sandıqça və 2 ədəd patron aşkar olunaraq götürülüb.
Əli Ağayev silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapdığını buna baxmayaraq polis əməkdaşalarına təhvil vermədiyini bildirib.
Faktlarla bağlı 22-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Nəsimi rayon Polis İdarəsinə göndərilib.