Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də vətəndaş M.Məmmədovun pulunu və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olumuş H.Kazımov və T.Qarayev saxlanılıblar.