Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən içərisində 1000 manat, 4500 ABŞ dolları və 20000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Allahverdiyev saxlanılıb.