BAKI, 9 dekabr. TELEQRAF

Sabah Şəkinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Teleqraf xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Şəki rayonu B.Vahabzadə küçəsində yerləşən vətəndaşa məxsus torpaq sahəsinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar sabah saat 10:00-dan etibarən B.Vahabzadə, L.Abdullayev və F.Abdurahmanov küçələrində cəmi 548 əhali,15 qeyri-əhali abonentin qaz təchizatı dayandırılacaq.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.

Məlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.