BAKI, 4 iyun. TELEQRAF

“M-Gas Ltd.” şirkətinin baş meneceri Stoyan Manolov ilə keçirilən görüşdə Azərbaycan ilə Bolqarıstan arasında enerji sahəsində strateji tərəfdaşlığı xüsusi olaraq vurğuladıq.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında qeyd edib.

O bildirib ki, görüş çərçivəsində birgə həyata keçirilən layihələrdən, o cümlədən Bolqarıstanın sosial və sənaye müəssisələrinə təbii qazın uğurla təchiz edilməsindən bəhs edilib:

"Görüşdə, həmçinin gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirdik, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardıq".