BAKI, 21 fevral. TELEQRAF

Avropa İttifaqı Rusiyadan təchizatı əvəzləmək üçün ABŞ də daxil olmaqla müxtəlif ölkələrdən daha çox qaz almağa, eləcə də yanacaq asılılığını azaltmaq üçün bərpa olunan enerjini daha sürətlə genişləndirməyə çalışacaq.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin enerji komissarı Dan Yorqensen jurnalistlərə açıqlamasında deyib.

“Vergi ödəyənlərin pullarını Vladimir Putinin hərbi büdcəsinə gedən qaz ödənişlərinə sərf etmək əvəzinə, öz enerjimizi istehsal etdiyimizə əmin olmalıyıq”,- deyə, Dan Yorqensen bildirib.

Yorqensenin sözlərinə görə, Brüssel bərpa olunan enerji qurğularının tikintisini sürətləndirmək üçün icazə qaydalarında dəyişikliklərə hazırlaşır". Qaza tələbat davam edəcək. Bu halda Rusiyadan başqa mənbələr tapmalıyıq. Bu, həmçinin ABŞ-dən daha çox LNG idxal edəcəyimiz mənasına gələ bilər”.

Xatırladaq ki, Aİ 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq 2027-ci ilə qədər Rusiyadan asılılığını azaltmağa çalışır. Rusiyadan boru kəməri ilə qaz tədarükü kəskin azalsa da, Aİ ötən il bu ölkədən mayeləşdirilmiş təbii qaz idxalını artırıb.

Qeyd edək ki, Avropanın etalon qaz qiymətləri ötən həftə son iki ilin ən yüksək səviyyəsinə yüksəlib.

ABŞ Prezidenti Donald Tramp yanvarda vəzifəyə başlamazdan əvvəl xəbərdarlıq edərək bildirmişdi ki, əgər Aİ ABŞ-dən daha çox neft və qaz idxal etməsə, ticarət rüsumları ilə üzləşəcək.

Aİ qanunvericiliyinə əsasən, Avropada qaz müqavilələri 2050-ci ilə qədər blokun sıfır emissiya hədəfinə uyğunlaşdırılması üçün 2049-cu ildə başa çatmalıdır.

Yorqensen təsdiqləyib ki, Komissiya qaz bazarında spekulyativ ticarətin qiymət artımlarına səbəb olmasının qarşısını almaq üçün daha sərt nəzarət mexanizmləri üzərində işləyir. Gələn həftə pərakəndə elektrik enerjisi qiymətlərini yüksək qaz qiymətlərindən ayırmaq məqsədilə “maliyyə alətləri” təklif edəcək.

Aİ-nin elektrik enerjisi bazarı qaydalarına görə, Avropada bərpa olunan enerjinin sürətlə genişlənməsinə baxmayaraq, qazın qiymətini istehlakçıları ödədiyi elektrik enerjisinin tarifini müəyyənləşdirir.