BAKI, 25 sentyabr. TELEQRAF
"Universitetlər beynəlxalq dialoqun təşviqində imtiyazlı mövqeyə malikdir və bu imkanlardan daha səmərəli istifadə olunmalıdır. Xüsusilə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur”.
Teleqraf xəbər verir ki, bu sözləri "THE Avrasiya Universitetləri Sammiti"də deputat, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə deyib.
Onun sözlərinə görə, universitetlərin bu cür tədbirlər üçün əlverişli məkan olmasının əsas səbəblərindən biri onların neytral və akademik mühit kimi qəbul edilməsidir:
“Alimlərin iştirakı müzakirələrə əlavə dəyər qatır, neytrallıq faktoru isə müxtəlif maraqlı tərəflərin QHT-lərin, jurnalistlərin, siyasətçilərin, biznes nümayəndələrinin, investorların və texnologiya ekspertlərinin bir araya gəlməsinə şərait yaradır".