BAKI, 2 iyul. TELEQRAF

Ötən tədris ilində Rusiyada dövlət sifarişi ilə 198 azərbaycanlı təhsil alıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

"2024-2025-ci tədris ilinin əvvəlinə dövlət xətti ilə Rusiya Federasiyasında 198 Azərbaycan vətəndaşı təhsil alıb", - məlumatda qeyd edilib.