BAKI, 11 iyun. TELEQRAF

24–25 sentyabr tarixlərində Bakıda keçiriləcək “Avrasiya Universitetlərinin Sammiti”ndə 50-dən çox beynəlxalq və regional spiker çıxış edəcək.

Bu barədə Teleqraf-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbir Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Times Higher Education (THE) təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunur.

Bildirilib ki, ali təhsil sahəsində nüfuzlu liderlər, tədqiqatçılar və ekspertlərin bir araya gəldiyi sammit Avrasiya regionunun ali təhsil müəssisələri arasında qlobal tərəfdaşlıqların qurulması, transsərhəd tədqiqat təşəbbüslərinin təşviqi və beynəlxalq reytinqlərdə iştirak imkanlarının müzakirəsi üçün mühüm platformadır.

Sammitdə ali təhsil sahəsində nüfuzlu liderlər, tədqiqatçılar və ekspertlər bir araya gələcək.