BAKI, 8 iyun. TELEQRAF
ABŞ-nin Tennessi ştatının Tullahoma şəhəri yaxınlığında göyərtəsində təxminən 20 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildiriblər.
İlkin məlumatlara görə, təyyarədə 16-20 nəfər olub. Yaralılardan bəziləri xəstəxanaya aparılıb.
Sosial şəbəkələrdə qəzanın baş verdiyi yerdən fotolar paylaşılmaqdadır.
Ölənlərin sayı barədə məlumat verilmir.
CNN-in məlumatına görə, qəzaya uğrayan təyyarə paraşütlə tullanmalar üçün istifadə edilirmiş. Təyyarənin məcburi eniş edərkən ağaclara çırpılaraq, qəzaya uğradığı bildirilir.