BAKI, 10 aprel. TELEQRAF

Məşhur gürcü pop müğənnisi Qoça Loriya 77 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Qoça Loriyanın karyerası 1965-ci ildə musiqi məktəbini bitirdikdən sonra “Rero” ansamblında başlayıb. Daha sonra Robert Bardzimaşvili tərəfindən təsis edilmiş “75” vokal-instrumental ansamblının solisti olub. Ansamblda bu gün də populyar olan bir sıra mahnıları (“Pıçıltılar”, “İbadət vaxtı” və sair) ifa edib.

1980-ci illərdə Qoça Loriya bəstəkar Aleksandre Basilaya tərəfindən “İveriya” ansamblına dəvət olunub və “Çxikvt Kortsilşi” müziklında əsas rollardan birini - qarğa rolunu təklif edib. Qoça Loriya bu rolu üç il ərzində 1500 dəfə ifa edib.

Qoça Loria aprelin 14-də dəfn olunacaq. Dəfn mərasimi Müqəddəs İlya Kilsəsində keçiriləcək.