BAKI, 2 sentyabr. TELEQRAF

“Qarabağ Ermənistan üçün yük kimi qəbul edilirdi”.

Teleqraf xəbər verir ki, bunu ləğv edilmiş separatçı rejimin sonuncu lideri Samvel Şahramanyan deyib.

“Sərt reallıqla üz-üzə qaldıq. Qarabağ Ermənistanın boynunda kəndir kimi qəbul edilirdi. Ermənistana görə, ölkənin müstəqilliyini və suverenliyini təmin etmək üçün ondan qurtulmaq (Azərbaycana qarşı bu ərazi iddiasından əl çəkmək) lazım idi”, - separatçı bildirib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl dəfələrlə Qarabağ məsələsinin ölkəsinin üzərində əlavə yük olduğunu bəyan edib. Onun sözlərinə görə, bu məsələ həllini tapdıqdan sonra Ermənistan tam müstəqilliyinə qovuşub.

Rəsmi İrəvan 44 günlük müharibədəki məğlubiyyətdən sonra Qarabağın Azərbaycanın bir hissəsi olduğunu təsdiqləyib.