BAKI, 28 avqust. TELEQRAF
“Paraflanmış sazişdə mahiyyət etibarı ilə bir ölkə üçün yaxşı, digəri üçün pis olan heç bir müddəa yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Paraflanmış saziş və imzalanmış bəyannamə hər iki ölkə üçün qarşılıqlı faydadan qaynaqlanır”, - nazir bildirib.
Mirzoyanın sözlərinə görə, nəqliyyat dəhlizlərinin açılması ərazi bütövlüyü, dövlətlərin sərhədlərinin toxunulmazlığı, suverenliyi və yurisdiksiyası çərçivəsində baş verir:
“Azərbaycan öz infrastrukturuna, biz də öz infrastrukturumuza nəzarət edəcəyik. Azərbaycan Ermənistan ərazisindən keçməklə Naxçıvanla əlaqə yaratmaq üçün maneəsiz marşruta çıxış əldə edəcək.
Bu infrastrukturların açılmasından əvvəl (həmin istiqamətdə) demarkasiya olmalı, bu tərəfdə Ermənistan, o tərəfdə Azərbaycan bayrağı qoyulmalıdır, sərhəd-keçid məntəqəsi tikilməlidir, sərhəd-gömrük xidmətləri olmalıdır. Bu, iki ölkənin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində olacaq, razılaşdırdıqlarımızı yazmışıq. Yazılanlardan başqa heç bir razılaşma yoxdur”.