BAKI, 21 avqust. TELEQRAF

“Vaşinqton razılaşamaları Azərbaycanın növbəti qələbəsi, Ermənistanın isə məğlubiyyətidir”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.

Ekspert bildirib ki, Azərbaycan bu razılaşmalar üzrə ABŞ-dən hərbi yardıma qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına və ATƏT-in Minsk qrupunun buraxılmasına nail olub: “Halbuki Paşinyan Minsk qrupunun sülh sazişinin paraflanmasından sonra deyil, imzalanması ilə birlikdə buraxılmasına hazır olduğunu bəyan etmişdi”.

Kiviryan Bakının Vaşinqtonda Naxçıvana və əks istiqamətə maneəsiz dəhlizin açılmasına da nail olduğunu qeyd edib:

“ABŞ-də Ermənistan ərazisindən maneəsiz yolla bağlı imzalanmış sənəd məzmunca 10 noyabr bəyanatına bənzəyir. Yeganə fərq odur ki, 10 noyabr üzrə yola Rusiya nəzarət etməli idisə, indi bunu ABŞ həyata keçirəcək”.