BAKI, 20 avqust. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İspaniya xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Alvares ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, həmsöhbətlər Ermənistan və İspaniya arasında tərəfdaşlığın inkişafına, o cümlədən yüksək səviyyəli ikitərəfli səfərlər və Aİ platformasında fəal qarşılıqlı fəaliyyətə yönəlmiş işləri müzakirə ediblər.
Regional məsələlərə toxunan nazir Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Vaşinqtonda əldə olunmuş razılaşmalar barədə məlumat verib. Ermənistanın Cənubi Qafqazda davamlı sülhə nail olmaq əzmində olduğunu iddia edən Ararat Mirzoyan regional nəqliyyat dəhlizlərinin açılmasının təmin edəcəyi imkanları təqdim edib.