BAKI, 15 avqust. TELEQRAF

“İrəvan Azərbaycanla “Tramp yolu” adlı nəqliyyat dəhlizi yaratmağı zəruri hesab edirsə, Rusiya Ermənistanı dəstəkləyir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Bu müstəvidə bu məsələni nəzərdən keçiririk. Ermənistan bizim strateji müttəfiqimizdir və əgər Ermənistan hesab edirsə ki, onlar üçün nəsə xeyirdir, əlbəttə, biz burada Ermənistanı dəstəkləyirik”, - nazir müavini bildirib.