BAKI, 14 avqust. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl barəsində özünü hədəf alan ifadələr və ittihamlara görə ona qarşı 1 milyon lirə mənəvi təzminat tələbi ilə Ankara Baş Prokurorluğuna müraciət edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısının vəkili Hüseyn Aydın məlumat yayıb.
“Avqustun 13-də Bayrampaşada keçirilən mitinqdə çıxışı zamanı CHP sədri Özgür Özəlin prezidentimizin ünvanına səsləndirdiyi yersiz ifadələr və əsassız ittihamlar və həmin gün Mərmərə həbsxanasından çıxarkən mətbuata verdiyi açıqlamalar səbəbindən Ankara Asliye Hüquq Məhkəməsində ümumilikdə 1 milyon türk lirəsi mənəvi təzminat iddiası qaldırılıb. Bundan başqa, Ankara Baş Prokurorluğuna “prezidenti təhqir etmək” maddəsi ilə cinayət işinin açılması üçün müraciət olunub”, - vəkil qeyd edib.