BAKI, 21 iyul. TELEQRAF

"Ermənistan hökuməti ATƏT-in Minsk qrupunun ləğvi və sülh sazişinin paraflanması ilə bağlı fəal müzakirələr aparır".

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib.

O bildirib ki, Bakı və İrəvan sülh sazişini imzalamağa çox yaxındırlar:

"ATƏT-in Minsk qrupu mexanizmlərinin ləğvi və sülh sazişinin mümkün paraflanmasına gəlincə, bu, Ermənistan üçün başadüşülən gündəmdir və hazırda bunun hansı şəraitdə baş verə biləcəyi ilə bağlı fəal müzakirələr aparılır".

O həmçinin bildirib ki, Azərbaycanla razılaşma əldə edildikdən sonra 42 km uzunluğunda olan dəmir yolunun (Zəngəzur dəhlizi - red.) tikintisinə başlanacaq.