BAKI, 24 aprel. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan son bir ayda ikinci dəfə Sünikə (Qərbi Zəngəzur) səfər etməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Erməni nəşri xatırladır ki, Paşinyanın bundan əvvəlki səfəri aprelin 12-də baş tutub:
“Baş nazir bölgəyə səfəri çərçivəsində Mehridə də olub. Səfər zamanı o, Qafanda yeni polis idarəsinin açılış mərasimində iştirak edib, bir neçə kəndə baş çəkib. İndi yenidən Sünikə getməyə qərar verib.
Bəllidir ki, Paşinyanın komandasında sağ əl sol əlin nə etdiyini bilmir. Komanda daxilində seçkiqabağı qızğın rəqabət başlayıb, hamı fəallaşıb, növbəti siyahıdan kənarda qalmamaq üçün özünü xatırlatmağa çalışır”.