BAKI, 9 aprel. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 12-də Mehri şəhərinə gedəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Baş nazirin həyat yoldaşı Anna Akopyan aprelin 12-də təhsil sahəsində apardığı kampaniya çərçivəsində Sünik bölgəsinə (Qərbi Zəngəzur), Mehri şəhərinə səfər edəcək. Akopyan tədbirdə məruzəçi kimi həyat yoldaşı Nikol Paşinyanı dəvət edib. Bu onu sübut edir ki, Paşinyan mümkün seçkilər öncəsi ictimai əhval-ruhiyyəni araşdırmaq üçün kampaniyadan istifadə edir. Mehridə hazırlıq işləri səfərdən dörd gün əvvəl başlayıb. Hökumət başçısının təhlükəsizliyini təmin etmək üçün artıq bölgəyə “desant” göndərilib”, - məlumatda deyilir.