BAKI, 6 mart. TELEQRAF

2020-ci ildə Ermənistan və Azərbaycan arasında baş vermiş 44 günlük müharibə zamanı 3941 erməni hərbçisi ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən yerli mətbuata bildirilib.

"Joqovurd" qəzeti yazır ki, müharibənin bitməsindən bir neçə il keçsə də, itkilərin sayı artmaqda davam edir.

Qurum nəşrə bildirib ki, 2024-cü ilin dekabrından 2025-ci il fevralın 16-dək 6 hərbçi rəsmi olaraq ölü kimi tanınıb, bundan sonra onların dəfn mərasimi keçirilib. Daha 82 hərbçinin yaxınları genetik müayinə nəticəsində müəyyən edilən qalıqları basdırmaqdan imtina edir.

Xatırladaq ki, 2022-ci ilin aprelində Ermənistan Baş nazir Nikol Paşinyan 3825 hərbçinin öldüyünü açıqlamışdı.

Ölkənin qeyri-rəsmi mənbələri Ermənistanın itkilərinin 20 mindən çox olduğunu bildirirlər.