"Türkiyə ilə hər cür terrorizmlə mübarizə mövzusunda çiyin-çiyinə dayanmışıq. Bu iddialar axmaqlıqdır və əsassızdır. Türkiyənin demokratik  təsisatlarını dstəkləyirik. Türkiyə terrorizmlə mübarizə mövzusunda imtina edilməz bir ortağımızdır."

 

Avropa.info xəbər verir ki, bu sözləri İngiltərənin xarici işlər naziri Boris Conson "İngiltərə Türkiyədə 2-ci dövlət çevrilişi cəhdi hazırlayır" iddialarına cavab verərkən deyib.

 səfərdə olan  Conson bu ölkədə olmaqdan məmnun olduğunu bildirərək, türk millətini çevriliş cəhdinə qarşı göstərdiyi fədakarlığa görə təbrik edib.

"Türk milləti, demokratik qurumlarının çevrilişçilər  tərəfindən məhv  edilməsinə icazə vermədi. Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan liderliyindəki hökumət  və türk xalqı milyonlarla qaçqına ev sahibliyi edərək  comərtlik göstərirlər. Türkiyə, Avropa üçün həyati bir rol oynayır. Türkiyə və İngiltərə arasındakı tərəfdaşlığın yalnız iki ölkə üçün deyil, eyni zamanda Avropa və digər bölgələr üçün də əhəmiyyətlidir. Hər il 2.5 milyon ingilis turist Türkiyəyə gəlir, İngiltərə  türk məhsulları üçün böyük bir ixrac nöqtəsidir" deyə Conson qeyd edib.

Xəbər lenti