Banklar kredit verir və aylıq ödəniş əməkhaqqından tutulur. Artıq bəzi banklar müştəri ilə kredit müqaviləsi imzalayarkən həmin sənədə bu prosesinin tətbiq edilməsi ilə bağlı bənd də salıb. Bank hüquqşünası Anar Ramazanov deyir ki, əslində kredit müqaviləsinə belə bir bəndin salınması notarial qaydada təsdiq olunmalıdır.

Belə bir məqam var ki, vətəndaş kreditini qaytararkən ona ödədiyi məbləğ haqqında qəbz verilir. Bank isə müştərinin maaşından krediti çıxanda ortada hər hansı bir qəbz olmur. Sual yaranır ki, məbləğlə bağlı hər hansı problem yaranarsa bu necə həll oluna bilər?

Mütəxəssislərin fikrincə bu, bankların müştərilərin ehtiyacından sui-istifadə etməsidir.


Bölməyə aid digər xəbərlər

Xəbər lenti