ABŞ-ın “The National İnterest” jurnalında Azərbaycanla Ermənistan arasında “yaxınlaşan müharibə haqda” geniş məqalə dərc edilib.

 Virtualaz.org saytı adıçəkilən nəşrə istinadən xəbər verir ki, məqalənin müəllifi jurnalın şərhçisi, eyni zamanda “Harvey & Company” şirkətinin analitiki Cek Malkeyrdir (Jack Mulcaire).

Müəllif təmas xəttində ən azı üç nəfərin həlak olması ilə nəticələnən (ikisi erməni hərbçisi-red.) son insidentləri yada salaraq dünyada daha bir münaqişə ocağının alovlanmaq üzrə olduğunu yazır.

Münaqişənin tarixçəsinə qısaca ekskurs edən analitik xatırladır ki, atəşkəsə baxmayaraq müharibə heç vaxt başa çatmış hesab olunmayıb, Azərbaycan Dağlıq Qarabağı geri qaytarmaqda hələ də qətiyyətlidir.

Dağlıq Qarabağ münaqişəsini xüsusilə təhlükəli edən səbəblər nədir?

Müəllifin fikrincə, birincisi odur ki, tərəflər arasında kompromisə praktiki olaraq yer yoxdur. Azərbaycan itirdiyi torpaqları geri almaqda qətiyyətlidir, Ermənistan isə Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyinin bərpasına razı deyil.

“Təsəvvür etmək çətindir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birindən istənilən səbəblə imtina etsin. Ermənistan da çətin ki, öz ərazisinin üçdə biri böyüklükdə ərazini geri qaytarsın. Qarabağ münaqişəsi sonunda uduşu olmayan oyundur” -deyə jurnal yazır.

İkincisi, münaqişə getdikcə daha çox hərbiləşir və təhlükəli xarakter alır. Azərbaycan da, Ermənistanda da birinci müharibədə olduğundan fərqli olaraq yenidən silahlanmış peşəkar orduya malikdir. Erməni qüvvələri Dağlıq Qarabağın ətrafında 100 kilometrdən çox möhkəmləndirilmiş müdafiə xətti qurublar. Tərəflərin tranşeylər, bunkerlər və artilleriya mövqeləri ilə möhkəmləndirilmiş müdafiə xətləri bir-birindən cəmi bir neçə yüz metr məsafədədir. Ötən ilin yayından başlayaraq təmas xəttində toqquşmalar intensivləşib, az qala hər həftə hər iki tərəfdən itkilərlə müşayiət olunan toqquşmalar baş verir.

Hər iki tərəf yaxın bir neçə il ərzində hərbi əməliyyatlara başlamaq üçün güclü stimullara malikdir. Jurnal yazır ki, Azərbaycan rəhbərliyi hərbi balansın onun xeyrinə dəyişdiyini bilir. 2000-ci ilin ortalarından başlayaraq Azərbaycan silahlanmaya onlarla milyard dollar xərcləyib.

Təkcə 2013-2014-cü illərdə Azərbaycanın quru qoşunları Rusiyadan 1 milyard dollarlıq silah və texnika alıb. Hətta neftin ucuzlaşmasına baxmayaraq silahlanma tempinin aşağı düşdüyünə dair heç bir əlamət yoxdur.

“Azərbaycanın aldığı silahlar bunu dəqiq müəyyən edir ki, ölkənin quru qoşunlarının Qarabağın qaytarılması kampaniyasını aparmaq üçün imkanları genişləndirilir. Bu silahlanma erməni piyada qoşunlarını möhkəmləndirilmiş mövqelərindən vurub çıxarmaq, erməni artelleriyasının cavab zərbələrini neytrallaşdırmaq üçün nəzərdə tutulan müasir mobil artilleriya və raket sistemlərinin alınmasına yönəlib.

Azərbaycan bu yaxınlarda Rusiyadan ağır termobarik raketlər atan dəhşətli “Tos-1A Buratino” odsaçan sistemlərini alıb. Əgər bu sistemlərin hamısı birdən işə salınsa, onlardan açılan yaylım atəşi Ermənistanın əsasən Ağdam kimi düzənlik ərazidə yerləşdirilmiş müdafiə xəttini darmadağın etmək üçün kifayətdir” - məqalədə deyilir.

Jurnal həmçinin yazır ki, İsrail son bir neçə ildə Azərbaycanın silahlanma üzrə əsas tərəfdaşlarından biri olub. Nəticədə Azərbaycan Hərbi-Hava Qüvvələri İsrail istehsalı olan pilotsuz kəşfiyyat təyyarələrinin sanballı eskadrilyasına malikdir. Azərbaycanın İsraildən aldığı pilotsuz kəşfiyyat təyyarələri erməni artilleriyasını ovlamaq üçün misilsiz əhəmiyyət  daşıyır.

Ermənistana gəldikdə isə “The National İnterest” yazır ki, bu ölkə və Qarabağdakı psevdo erməni “dövləti” silahlanmada Azərbaycanla ayaqlaşa bilməz.

Ermənistan Azərbaycanın malik olduğu sayda tanklara, pilotsuz kəşfiyyat təyyarələrinə malik olmasa da erməni hərbçiləri də sanki müharibənin qaçılmaz olduğunu görüb hazırlıqlarını bu istiqamətdə aparırlar.

Jurnal yazır ki, Rusiya faktiki olaraq Ermənistana kiçik radiuslu operativ taktiki raketlər - “İsgəndər” kompleksləri verib. 

Lakin analitik hesab edir ki, Azərbaycan hərbi balansı öz xeyrinə dəyişsə də coğrafi amillər Ermənistanın xeyrinədir. Ermənistan ordusu bütün təmas xətti boyu strateji yüksəklikləri tutub. Azərbaycan ordusu Qarabağa hücum etmək üçün sərt dağlıq əraziləri keçməlidir. Hücum üçün yeganə düzənlik istiqamət Ağdam istiqaməti hesab olunur. Əgər Azərbaycan qüvvələri bu istiqamətdən ermənilərin müdafiə xəttini yarıb Əsgərana çıxa bilsə, oradan Qarabağın əsas şəhəri olan Xankəndinə birbaşa çıxış əldə edəcək.

 

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti