“Böyük istəklərin qarşılığında Putin hələlik yalnız fikir ortaqlarının birliyini yaratmağı bacarıb”

 “Həm Belorusda, həm də Qazaxıstanda xeyli etnik ruslar yaşayır. Rusiya bu faktordan ölkələrə basqı üçün davamlı olaraq yararlanır”

 “Qazaxıstan prezidenti Nursultan Nazarbayev Kiyevdə Ukrayna prezidenti Petro Poroşenko ilə görüşündə Ukrayna konfliktini “nonsens” adlandırıb”

 “Peşkov Yuqoslaviyanın, Liviyanın və İraqın artıq həyatda olmayan keçmiş liderlərini misal gətirərək “onlar da ABŞ-la dost olmağa cəhd edirdilər. Onların taleyi bəllidir. İndi ABŞ Lukaşenkoya “yeni münasibətlər” təklif edir. Bu, çox təhlükəlidir” ifadəsini işlədib”

 “Ukraynadan Sakit okeana qədər ərazini əhatə edən Avropa Birliyi ilə rəqabət apara biləcək Avrasiya İttifaqının yaradılması Rusiya prezidenti Vladimir Putinin xarici siyasətdə əsas zəfəri olmalı idi”. Bu sözlər Maykl Birnbaumun “Washington Post”da dərc olunan “Putinin Avrasiya Birliyi 2015-ci ildə məhdud ambisiyalarla işə başlayır” adlı məqaləsindəndir.

 Məqaləni qısa ixtisarla təqdim edirik.

 “Dekabrın 23-də 4 keçmiş sovet respubikasının lideri Moskvada toplaşaraq ölkələrinin iqtisadiyyatlarını yaxınlaşdıracaq müqavilənin son şərtlərini müzakirə etməli idilər. Putin xəyal edirdi ki, Avrasiya Birliyi Kremlə qonşu ölkələrin siyasətinə daha çox nəzarət etmək imkanı verəcək. Ancaq yanvarın 1-dən qüvvədə olacaq müqavilə Ukrayna konfliktinə görə Putinin düşündüyü tərzdə işləməyəcək.

 Böyük istəklərin qarşılığında Putin hələlik yalnız fikir ortaqlarının birliyini yaratmağı bacarıb. Yeni birliyə üzv olan Qazaxıstan və Belorus iqtisadi əməkdaşlığı bəyənsə də Ukraynanın taleyni yaşamaqdan ehtiyat edirlər. Rusiyanın əli ilə Ukraynada alovlanan konflikt artıq 4700 insanın ölümünə, milyardlarla iqtisadi zərərə səbəb olub. İndi Ermənistan da Avrasiya İqtisadi Birliyinin üvzü olmağa hazırlaşır. Qırğızıstan da quruma üzv olmaq üçün danışıqları davam etdirir. Rusiya prezidenti Sovetlər Birliyinin süqutundan sonra keçmiş sovet ölkələrini yenidən bir arada toplamağa çalışırdı. Putin istəyirdi ki, bu birliklə qismən də olsa Sovetlər Birliyinin siyasi və iqtisadi təsir dairəsinin bərpasına nail olsun, Moskvanı yenidən siyasi və iqtisadi qərarların qəbul edildiyi mərkəz kimi qəbul etdirsin. 

 Putin bu layihəni Avropa Birliyinə qarşılıq olaraq görürdü. Avropa Birliyinə üzv ölkələr 28 ölkə ilə bərabər olmaq, tək olmaqdan daha münasibdir düşüncəsi ilə suverenliklərinin bir hissəsini Avropa Birliyinin inzibati paytaxtı Brüsselə verib.

45 milyon əhalisi, inkişaf etmiş iqtisadiyyatı olan Ukrayna Putinin Avrasiya Birliyi projesinin incisi olmalıydı. Ancaq Ukraynanın planları başqa idi.

 Ötən payız Kreml Avropa Birliyi ilə yaxınlaşma planlarından imtina etməsi üçün keçmiş president Viktor Yanikoviçə çox ciddi basqı göstərdi. Ancaq nəticə Kiyev küçələrində fasiləsiz aksiyalara başlanması oldu. Fevralda Yanukoviç hakimiyyətdən uzaqlaşdırıldı. O zamandan Ukrayna NATO-ya, ümumilikdə Qərbə yaxınlaşmaq üçün bir neçə ciddi addım atıb. 

 Düşündüyü iqtisadi birlik modelində Ukrayna kimi müttəfiqi itirən Rusiya mart ayında Krım yarımadasını ilhaq etdi. Putinin bu qərarı Qərblə Rusiya arasındakı gərginliyi soyuq savaş həddinə yüksəltdi. Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına böyük zərbə oldu. Kreml bunun qarşılığında Avropadan alınan bir çox məhsullara embarqo qoydu. Bu addımın özü də iqtisadi birlik modeli ideyasına da mənfi təsir göstərib, Belorus və Qazaxıstan bu addıma qarşı çıxaraq embarqo tətbiqindən imtina edib.

 “Biz ortaq işimizin detaları ilə bağlı yaxın günlərdə qızğın, mən deyərdim, çox canlı müzakirələr apardıq. Bu alyans üzv ölkələrin iqtisadiyyatına yeni impuls verəcək və bütün regionun nüfuzlu mərkəzinə çevriləcək”. Bu sözləri Putin bir neçə gün qabaq səsləndirib. Ancaq durum onun göstərmək istədiyi kimi optimist deyil.

Rusiyanın tərəfdaşları çox çətin durumda qalıb. Əgər ideyadan imtina etsələr, o zaman Ukraynaya olan basqınları öz üzərlərində hiss etmə ehtimalları böyükdür. Birlik işə başladıqda isə onları Rusiyanın yaratdığı iqtisadi problemlərdən başqa heç nə gözləmir. Həm Belorusda, həm də Qazaxıstanda xeyli etnik ruslar yaşayır. Rusiya bu faktordan ölkələrə basqı üçün davamlı olaraq yararlanır.

 Ona görə də Rusiya ilə yola çıxan ölkələr Putinin ideyasının tamamilə gerçəkləçməməsi üçün yollar arayışındadırlar. Çünki bu ideyanın tam gerçəkləşməsi onların iqtisadi asılılığına səbəb olacaq. Bu birlliyə qoşulacaq ölkələrin liderlərinin Kiyevə rəsmi səfərləri də əslində müstəqilliklərini tam itirmədiklərinin göstərmək üçün idi. Ötən həftə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Kiyevdə Ukrayna prezidenti Petro Poroşenko ilə görüşündə Ukrayna konfliktini “nonsens” adlandırıb. 

 Qazax lideri deyib ki, separatçılar ölkənin kömürlə zəngin doğu vilayətlərini zəbt etdiyindən ölkədə bu məhsulun qıtlığı yarandığında xəbərdardır və Ukraynaya kömür göndərməyə hazırdır. Rusiyanın mənfi münasibətinə baxmayaraq Qazaxıstanla Ukrayna hərb sənayesi sahəsində də işbirliyini dərinləşdirmək fikrindədir.

 “İndiki durum heç kimə yaxşı heç nə vəd etmir. Bizim dostluq mansibətlərimiz var və bu bizə bir çox sahələrdə əməkdaşlığımızı gücləndirmək imkanı verir”. Bu sözləri  Nazarbayev rəsmi görüşüdə prezident Poroşenkoya deyib.

Nazarbayev Ukrayna konfliktinin nizamlanması üçün bacardığını əsirgəməyəcəyinidi də deyib.

 Ölkəsinin iqtisaiyyatı Rusiyadan xeyli dərəcədə asılı olmasına baxmayaraq Aleksand Lukaenko da müstəqil siyasət yürütmək istəyir. Minskdə Ukraynanın doğusundakı qruplaşmalarla sülh danışıqları gedəndə Likaşenko həmin təşəbbüsüm fəal dəstəkçisi idi. “Bizim şərqdəki doğma qardaşımızın davranışları həyəcan doğurmaya bilməz”. Ötən həftə Lukaşenkko Belorus Təhlükəsizlik Şurasının toplantısını bu sözlərlə açıb.

 Rusiyaya qarşı belə ağır ritorikaya, eyni zamanda ABŞ-la yaxınlaşmaq niyyətlərinə görə Liktor Lukaşenko Rusiya Federasiyası Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Aleksey Puşkovdan xəbərdarlıq eşidib. Peşkov Yuqoslaviyanın, Liviyanın və İraqın artıq həyatda olmayan keçmiş liderlərini misal gətirərək “onlar da ABŞ-la dost olmağa cəhd edirdilər. Onların taleyi bəllidir. İndi ABŞ Lukaşenkoya “yeni münasibətlər” təklif edir. Bu, çox təhlükəlidir”. ifadəsini işlədib. Aleksey Puşkov təpkisini Twitterdəki hesabında paylaşıb. 

 

Analitiklər deyir ki, soyuq savaş həddinə yüksələn gərginlik Putinin ilikin ümidlərini puça çıxarsa da Kreml yenə də bütün diqqətini bu layihə üzərində fokslaşdırıb. “Alyans bu nəhəng məkanı heç olmasa iqtisadi anlamda birləşdirmək üçün uyğun variant tapılması ilə bağlı növbəti cəhddir. Sobetlər Birliyinin bərpası heç zaman müzakirə mövzusu olmayıb. Buna cəhd göstərilməyib. Məqsəd vahid iqtisadi məkanın qorunması və bir sıra siyasi institutların saxlanması olub”. Bu sözləri “Xarici və müdafiə siyasəti üzrə birlik” qeyri-hökumət təşkilatının sədri Fyodor Lukyanovundur. Hər şey deyildiyi və göründüyü kimi deyil...”

 musavat.com

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti