“Azad olmayan seçki şəraitində də seçkiləri udmaq və onu hakimiyyət şəklində reallaşdırmaq mümkündür”

Redaksiyaya İsa Qəmbərin sədr olduğu Milli Strateji Düşüncə Mərkəzində son bir neçə toplantıda 2015- ci ildə parlament seçkiləri ilə bağlı müzakirələr aparıldığı barədə məlumatlar daxil olmuşdu. Müzakirələr qapalı şəraitdə keçdiyinə görə bu barədə bütün materiallara malik olmasaq da məruzələrdən birinin yazılı mətnini əldə edə bildik. Oxucular üçün maraqlı ola biləcəyini nəzərə alaraq həmin mətni müəllifin razılığı ilə üslubuna toxunmayaraq dərc edirik.

Qeyri-demokratik, azad olmayan və ədalətsiz  şəraitdə müxalifətin seçkilərdə iştirakının  siyasi mahiyyəti, məqsədi  və perspektivləri haqqında

(  2015- ci il parlament seçkiləri kontekstində)

I. Ümumi mülahizələr

1995- ci il mart hadisələrindən sonra Azərbaycanda  kütləvi siyasi fəallıq dövrlərinin bir qayda olaraq parlament və ya prezident seçkiləri dövrləri ilə üst- üstə düşdüyünü emprik fakt qeydə almaq olar. 1998- ci ildə, 2000- ci ildə,2003- cü ildə, 2005- ci ildə, 2010- cu il, 2013- ci illər bu və ya başqa dərəcədə nisbi  siyasi fəallığın pik nöqtələri kimi müşahidə olunur. Bir istisna   vardır: - 2011- 2012- ci illərin I rübü. Bu istisna əhəmiyyətli şəkildə güclü xarici faktor  “ərəb baharı” inqilablarının təsiri ilə izah oluna bilər.

   Yuxarıdakı empirik faktı bir qədər başqa   formada ifadə etmək də faydalı görünür.   “1995- ci ilin martından sonra Azərbaycanda keçirilən prezident və parlament seçkiləri bir qayda olaraq kütləvi siyasi fəallığın kəskin şəkildə artmasına təkan verərək keyfiyyətcə fərqli siyasi mühitin yaranmasına səbəb olur.” Burda da bir istisna vardır. 2008- ci il prezident seçkilərində fərqli siyasi mühit kimi qeydə alına bilinəcək dərəcədə   dərəcədə siyasi fəallıq müşahidə olunmur. 2008- ci il seçkilərini yuxarıda sadalanan digər seçkilərdən fərqləndirən əsas cəhətin həmin seçkilərdə siyasi müxalifətin öz namizədi ilə seçkiyə qatılmaması və seçkiləri boykot etməsini bu istisnanı şərtləndirən səbəb kimi irəli sürmək olar.   

Bu müşahidələrdən iki mühüm nəticə çıxarmaq mümkündür. Birincisi, Azərbaycanda köklü demokratik dəyişiklikləri mümkün edən əsas ilkin  şərti şərt kimi kütləvi siyasi fəallıq,  (kütlələrin geniş siyasi fəaliyyətə cəlb olunması)   bir qayda olaraq parlament və  prezident seçkiləri dövründə bir qayda olaraq seçkilərlə əlaqədar yaranır.   İkincisi, parlament və prezident seçkiləri dövründə nisbi  kütləvi siyasi fəallıq avtomatik olaraq yaranmayıb siyasi  müxalifətin əhəmiyyətli bir hissəsinin seçkidə fəal - öz namizədləri ilə - iştirakı halında meydana gəlir. Hakimiyyətə  alternativ mütəşəkkil siyasi qüvvənin  seçkilərdə aktiv şəkildə iştirakı  siyasi fəallığın, stimul mənbəyi,  mexanizmi kimi çıxış edir.  Doğrudur, 1998 –ci ildə də müxalifətin əsas hissəsi prezident seçkilərində namizədlə iştirak etmədi. Lakin, bu əvvəla  son anda qətiləşdi və bu ana qədər müxalifət öz tərəfdarlarını və cəmiyyəti  fəal şəkildə məhz seçki ilə bağlı fəaliyyət, şüarlarla səfərbər etmişdi, kütləvi təşkilatlanma birbaşa seçki ilə əlaqələndirilmişdi. (SİDSUH formasında) və seçki aksiyaları şəklində həyata keçirilmişdi. E. Məmmədovun namizədliyi bu hərəkətlənməni inersiya ilə müəyyən qədər  seçkiyə və seçkisonrası dönəmə  daşımışdı.

    Yuxarıdakı təhlilin və mülahizələrin məntiqindən çıxış etdikdə , parlament və prezident seçkilərində fəal (namizədləri ilə) iştirak etmək, buna hazırlaşmaq, bu dövrlərdən  maksimum istifadə edə bilmək  siyasi müxalifətin mübahisəsiz  təbii taktikası kimi görünür. Seçkilərdə iştirakla bağlı pozitiv mövqe bundan ibarətdir.

*****

Lakin məsələ göründüyü qədər sadə deyildir. Belə ki, eyni təhlil (empirik müşahidə) metodikası ilə fərqli ümumiləşdirmələr çıxarmaq və tamamilə əks mövqelər formalaşdırılması mümkündür. Real həyatda bu praktik olaraq baş verir.

1995- ci ildən sonrakı  seçkilərlə əlaqədar ümumiləşdirilə bilən  digər mühüm nəticə ondan ibarətdir ki,    seçkilərlə əlaqədar yaranan kütləvi siyasi fəallıqların heç biri, hətta olduqca kütləvi olduğu  və   iqtidarın nisbi zəif dövrlərində də ((məsələn 1998, 2003 və 2005- ci illərdəki kimi) seçkinin nəticələrini hakimiyyətə daşımağa yaxud inqilablara gətirib çıxarmadı. Eyni zamanda ölkədə demokratikləşmə səviyyəsi, o cümlədən demokratik,  azad ədalətli seçki şəraiti bütün parametrlər üzrə aşağı düşmüşdür. Məhz bu müşahidə seçkilərdə iştiraka münasibətdə neqtiv adlandırıla biləcək mövqeni formalaşdırmışdır. Xüsusilə qeyd edilməlidir ki nəticələr baxımından davamlı uğursuzluqlar  ictimai və fərdi şüur səviyyələrində də seçkilər yolu ilə pozitiv nəyəsə nail olmağa inamı ciddi şəkildə sarsıtmış, bu da öz növbəsində əlavə  müstəqil təsir faktoruna çevrilmişdir.

Belə olan  halda seçkilərdə iştirakın mənası, mahiyyəti və məqsədi və perspektivi  nədən ibarətdir?

*****
Neqativ mövqenin cavabı ondan ibarətdir ki, demokratik, azad, ədalətli seçki şəraiti olmayan şəraitdə (məsələn, seçki komissiyaları bütün səviyyələr üzrə müxalifət və iqtidar arasında paritet əsasla formalaşana qədər )  müxalifət və ya müstəqil namizədlər adına  seçkilərdə iştirak,  antidemokratik rejimləri legitimləşdirmək rolu oynayır. Həmin rejimləri möhkəmləndirir, gücləndirir, ömrünü uzadır və faktiki olaraq hakim rejimə xidmət edir.

“Neqativ”çilərə görə seçki üzərində köklənən fəallıq məhz elə bu səbəbdən qəti, inqilabi mərhələyə keçə bilmir və hər dəfə, periodik olaraq toplanan protest enerjisinin ildırımötürəni, “boşalma” funksiyasını   yerinə yetirir.  Buradan da nəticə çıxarılır ki, azad, ədalətli, seçki şəraiti yaradılana qədər seçkilərdə iştirak etməmək, boykot xətti götürülməlidir. Neqtiv mövqenin daha aşırı, ifrat  variantları da vardır. Məsələn  hakimiyyəti kortəbii proseslərlə üz –üzə qoymaq, onun daxili ziddiyyətlərinin artmasına şərait yaratmaq , həm də onun destruktiv, məsələn ekstremist tendensiya ilə üz- üzə qalmasına nail olmaq məqsədilə siyasi səhnədən çəkilmə təklifləri vardır. Aydındır ki, mövcud müxalifətin siyasi səhnədən çəkilməsi baş versə belə təklif müəlliflərinin təsəvvürlərindəki nəticələrin mütləq baş verəcəyi ehtimalı onların buna  inanmaqları ilə məhdudlaşır.

Seçkilərdə iştirak etməmək ( seçkiləri boykot) mövqeyi  tərəfdarlarının əsaslandırmalarında   Azərbaycanda    seçki yolu ilə hakimiyyət dəyişikliyinin qeyri mümkünlüyü haqqında   haqqında ayrı- ayrı ekspertlərin, o cümlədən bir sıra beynəlxalq təşkilatların rəyləri də mühüm yer tutur: - Bir halda ki,  Azərbaycanda seçki yolu ilə hakimiyyət dəyişikliyi situasiyası yoxdur,   demokratik mübarizənin məqsədi seçkiləri iştirak etmək, səs almaq, yaxşı halda parlament seçkilərində bir neçə mandat əldə etmək yox,  hakimiyyət dəyişikliyini mümkün edən situasiyanın yaradılmasına nail olmaqdan (və ya gözləməkdən) ibarətdir. Boykot (boykotla hədələmə) bu məqsəd yolunda ən zəruri və effektiv vasitə kimi irəli sürülür. Hesab olunur ki, müxalifətin seçkilərdə iştirak etməkdən imtinası,  iqtidar üçün legitimlik problemi yaradır və onu beynəlxalq təzyiqlər (beynəlxalq təşkilatların və iri dövlətlərin) qarşısında qoyur və bu təzyiqlər iqtidarı əvvəl - axır islahatlara məcbur edəcəkdir.

*****

Boykot mövqeyinin təkzibi üçün çoxsaylı  dəlillər vardır.

1995- ci ildən sonrakı  siyasi proseslər və seçki praktikası   boykot (seçkilərə qatılmamaq) yanaşmasının yanlış və üstəlik, zərərli olduğunu ortaya qoymuşdur. Seçkilərdə iştirak etməmək, boykot iqtidar üçün problem yaradır. Lakin eyni zamanda daha çox onun işini yüngülləşdirir. Digər tərəfdən, passiv  və ya sadəcə boykot əgər alternativ taktika ilə tamamlanmırsa, məsələn dinc müqavimət, etiraz aksiyaları, vətəndaş itaətsizliyi, ümumiyyətlə kütlələrin siyasi fəallığı ilə müşahidə olunan hərəkətlərlə tamamlana bilmirsə (belə bir imkan olsa bu elə seçki prosesində daha əlverişli istifadə edilib daha böyük miqyasda həyata keçirilə bilərdi) bir qayda olaraq   müxalifətin daha da  zəifləməsinə,  təsirinin itirməsinə , nəticədə iqtidarın daha da   güclənməsinə gətirib çıxarır. 1998- ci il və 2008- ci il bunun bariz nümunələridir. Boykotu nəzəri baxımdan məqsədəuyğun edəcək yeganə  situasiya beynəlxalq aləmin boykot edən qüvvənin iştirak etməyəcəyi (bu iştiraka onların tələblərinə əməl etməklə şərait yaradılmaması halda) seçkiləri rəsmən tanınmaması və rejimə qarşı fəal təcrid xətti götürməsi halı olar. Bu halın da ortada əlamətləri yoxdur və mövcud geosiyasi   situasiyada  praktik cəhətdən  qeyri mümkün görünür. Nəzərə alınmalıdır ki, bir qayda olaraq beynəlxalq demokratiya üçün seçkiləri boykot etmək yanaşmasının anlaşılmaz olduğu reallığı vardır.

Boykot xəttinin məntiqi davamı alternativ, qeyri  - legitim, siyasi təşkilatlanma və fəaliyyət üsullarından istifadə olardı. Lakin Azərbaycanda  belə ənənələrə, vərdişlərə,  psixologiyaya və təcrübəyə  malik əhəmiyyətli  qüvvə  yoxdur; belə qüvvələrin təsirinin artması o halda reallaşar ki, iqtidar legitim siyasi fəaliyyəti qeyri mümkün etsin. Hazırda belə tendensiyaların əlamətləri vardır və getdikcə artır.   Bu istiqamətdə hələlik irəliyə getmiş prosesdən bəhs etmək mübahisəli olsa da ən son dövrdə müşahidə edilən hakim siyasi kursun (siyasi repressiyaların) davam edəcəyi şəraitdə həmin tendensiyanın  nəzarətdən çıxacağı və idarə olunmayan proseslə çevrilməsi  istisna deyil. 

****

Seçkilərlə iştirakla bağlı pozitiv mövqenin dəlillərini konkretləşdirən və tamamlayan çoxsaylı arqumentlər mövcuddur. 

Antidemokratik cəmiyyətlərdə seçkilərdə iştirak demokratiya uğrunda mübarizənin forma, vasitə və taktikalarından biri olması konsepsiyasına əsaslanır. Seçkiyə daha çox taktika, kütləvi siyasi fəallıq üçün əlverişli məqam kimi baxılır. Yəni seçkilərdə iştirak etməklə ya qalib gəlirsən, ya da seçkilərin antidemokratikliyini və rejimin antidemokratikliyini sübut edirsən (o cümlədən, hətta namizədlərin kütləvi şəkildə qeydə alınmaması halı tətbiq olunursa bunu qeydə almaqla), təkrar  - təkrar sübut edirsən, mümkün olan dərəcədə daxili və beynəlxalq təzyiqi təşkil edirsən; yaxud da  daxili və  beynəlxalq təzyiqlərə əsas yaradırsan.  Daxili və beynəlxalq təzyiqlər  əlverişli situasiyalarla üst  - üstə düşərsə, müəyyən islahatların mümkünlüyü ehtimalı yaranır. Digər amil isə demokratiya naminə mübarizə üçün parlament  fəaliyyətinə   imkan əldə etmək cəhdidir. Axırıncının əhəmiyyəti 1990- 1992- ci illər təcrübəsində effektivliyini göstərmişdir.

 Seçkilərdə namizədlərlə iştirak mövqeyinin əsaslandırmalarından biri də  ondan ibarətdir ki, seçki prosesində əlverişli şərtlər nəticəsində seçicilərin kütləvi siyasi fəallığı demokratik, azad və ədalətli olmayan seçki mühitini (məsələn, seçki qanunlarının demokratik olmaması, seçki komissiyalarının  iqtidarın nəzarətində olması kimi şərtləri) kompensasiya edə bilər və hətta bu cür əlverişsiz şəraitdə də seçkilərdə qələbə qazanmaq olar.   Azad olmayan seçki şəraitində də seçkiləri udmaq və onu hakimiyyət şəklində reallaşdırmaq mümkündür. Deməli Azərbaycanda seçkilər yolu ilə hakimiyyətin əvəzlənməsi şəraiti yoxdur demək konkret situasiyada bu amil yoxdur demək anlamına gəlir. Xüsusilə dünyada və regionda baş verən proseslərin turbolentliyi, Azərbaycan iqtidarının radikal antiislahatçı və repressiv kursu və narazılıq potensialı bu sarsıntıları hər an gündəmə gətirə bilər.

    Çıxan nəticə ondan ibarətdir ki,  paradoksal görünsə də müxalifət  öz taktiki və strateji gedişlərini  geniş kütlələrin fəallığına əsas götürərək yox, prioritet olaraq mütəşəkkil azlığın fəallığı və hərəkətləri üzərində qurmalıdır. Əvvəlcə  kütləvi fəallıq olacaq və bunun nəticəsində azlığın fəallığına stimul yaranacaq  gözləntisi illiziyadır. Kütləvi siyasi fəallığa keçid mütəşəkkil fəal azlığın formalaşdırılmasından  keçir. 2015- ci il seçkilərinə nəzərən bu formula ən tez bir zamanda seçkilərdə iştirakla bağlı  müxalifətin mövqeyini müəyyənləşdirmək,  seçki komandası formalaşdırmaq və siyasi kampaniyanı dərhal, ləngimədən başlatmaq kimi başa düşülməlidir.

II. Mövcud vəziyyət və problemlər.

Hazırda iqtidarın antidemokratik siyasi kursunu nəticəsi olaraq azad, ədalətli seçkilər baxımından ən az əlverişli bir dönəmdə yaşayırıq.

Əgər  optimistlər “son illərə qədər, ölkədə rejim dəyişikliyi üçün bütün daxili şərtlər mövcuddur, xarici şərtlər yoxdur", formulunu, qısa zaman üçün, “hazırda həm daxili, həm də xarici şərtlər mövcuddur” ifadəsi ilə əvəzləmişdilərsə, hazırda   “rejim dəyişikliyi üçün xarici şərtlər mövcuddur, lakin daxili şərtlər mövcud deyil”,  kimi ziddiyyətli deyimlər eşidirik. Seçkilərdə hansısa kardinal dəyişikliklər  olacağına ictimai inam sıfır həddindədir.

Belə bir sosial –siyasi ovqatda seçkilər mövzusunu gündəmə gətirmək belə bunun təşəbbüsçülərinə qarşı qınaqların başladılacağını labüd edir. Bu, müxalifətin ən davakar hissəsi tərəfindən siyasi məhbus mövzusunu gündəmdən çıxarmaq cəhdi kimi dəyərləndirilərək təşəbbüsçülərə qarşı qaralama kampaniyasına start verəcəkdir. Ölkədə bu qədər sayda  siyasi məhbuslar olduğu bir dövrdə seçki kampaniyası başlatmaq mandat alveri kimi damğalanacaq və əks-təbliğat başlayacaqdır. Həbs olunmuş şəxslərin və səmimi şəkildə belə məzmunda düşünənlərin adları, imzalarından istifadə ediləcəkdir.

    Yuxarıda deyildiyi kimi kütləvi siyasi fəallığa keçidin açarı olan mütəşəkkil siyasi azlıq - müxalifət dağınıq dövrünü yaşayır və onun bu dağınıqlığını aradan qaldırmaq olduqca çətin məsələdir. Milli Şura (AXCP) müxalifət anlayışına monopol iddia irəli sürərək, bütün digər qüvvələri bu dairədən  kənarda qoymağa çalışır və belə görünür ki, bu istiqamətdə strateji perspektivsizliyin açıq aydın məlum olmasına baxmayaraq  bu xətt davam etdiriləcəkdir. MŞ (AXCP) –nin siyasi xəttinin məntiqi status - kvonun saxlanmasını tələb edir və ən çox gözləniləni onların seçkiləri boykot edəcəyini elan etmələri olardı. Lakin bu məsələnin xeyli dərəcədə konkret konyukturadan asılı olaraq həll ediləcəyi daha ağlabatandır.

    MŞ (AXCP)- dən kənardakı müxalifət dəstəsi yekcins və təşkilatlanmış deyildir və Müsavat Partiyasındakı proseslər üzündən bu hissə lokomotov təşkilatın və liderin olmaması səbəbilə xaos vəziyyətində qalmaqda davam edir. Düşərgənin bu hissəsində də öz növbəsində qarşılıqlı ittihamlar, etimadsızlıq, taktiki və strateji baxışlarda fərqlilik, ideoloji ziddiyyətlər və fərdlərin maraq toqquşmaları vardır. Odur ki, yaxın zamanda, bu hissənin digər hissənin antitəbliğat kampaniyasının atəşi altında siyasi və seçki  bloku kimi formalaşacağı ümidsiz təsir bağışlayır.

    Lakin seçki məsələsində qeyri müəyyənliyin davam etməsi müxalif sistem daxilində qeyri müəyyənliyi saxlayacağına görə bütün problemlərə baxmayaraq prosesi başlatmaqdan başqa optimal yol görünmür.

 III. Təkliflər

 Yuxarıda deyilənlərdən çıxış edərək, biz ən tez bir zamanda 2015- ci il parlament seçkilərinin aktiv şəkildə gündəmə gətirilməsinə nail olmaq lazımdır. Bunun üçün ilkin olaraq seçkilərdə iştirakın ümumi məsələləri, məsələn bu arayışdakı mövzular tipli mövzular  ətrafında müzakirə və  diskussiyaların (KİV də , DM- nin Diskussiya klubunda, siyasi partiyalarda və s.) başlanması və davamlı şəkildə getməsi təşkil edilməlidir. Bu məqsədlə  DM- də bu ətrafda ciddi müzakirələr  getdiyini ictimailəşdirmək məqsədəuyğundur.

   Ənənəvi formalardan istifadə edilməsinə qapanmaqdan qaçmaq lazımdır. (Məsələn Seçki Məcəlləsinə əlavə və dəyişikliklər etmək və s.) Bəyan edilməlidir və qəbullanmalıdır ki,   biz ən əlverişsiz şəraitdə, demokratik, azad və ədalətli olmayan seçki şəraitində seçkilərdə isterika hazırlaşırıq və hazırlıqlar da bu şərtlər nəzərə alınmaqla aparılmalıdır. Demokratik, azad, ədalətli olmayan seçki şəraitinin saxlanacağı halda  seçkilərin   iqtidarın xeyrinə olan   nəticələrlə yekunlaşdığının elan edəcəyi təqdirdə seçkilərin  legitim olmayacağı qeyd şərtini etmək olar. Lakin 2015 – ci ilin yanvarın 1- ci ongünlüyündən gec  olmayaraq  məlum olmalıdır ki, müxalifətin əhəmiyyətli bir hissəsi böyük ehtimalla bu seçkilərdə iştiraka başlayır.

   Seçkilərə hazırlıq modeli  olaraq və bəzi hüquqi nüansları nəzərə alaraq mümkün qədər çox siyasi partiya, rəsmi, qeyri rəsmi vətəndaş cəmiyyəti təşkilatları, gənclik hərəkatı liderləri, ziyalılar və nüfuzlu şəxslər əhatə olunmaqla   “İlkin seçki” kampaniyası konsepsiyasını işləyib hazırlamaq və həyata keçirilməsini təklif etmək olar.

   İLk olaraq  ilkin seçkilərin Mərəzi Seçki Komissiyası yaratmaqdan başlamaq məqsədəuyğundur. MSK paralel olaraq Birləşmiş Seçki Qərargahı rolu oynayır. Daha sonra namizədləri qeydə alınmaq  çağırışı verilə bilər. Namizədlər məsələsinin önə çəkilməsi ona görə lazımdır ki, dairə və məntəqə seçki komissiyalarının təşkili onlardan tələb edilsin.

  Namizədlərin sayına limit qoymaq olmaz.

  İştirak edənlər arasında  bütün səviyyələrdə “paritet əsaslarla” “seçki komissiyaları” formalaşdırmaq, ilkin seçkilərin əsasnamə və təlimatlarını hazırlamaq, namizədləri qeydə almaq, daha sonra onların kompaniyasını aparmaq olar. Hər səviyyədəki seçki komissiyaları, faktiki olaraq qərargahlar rolunu oynayır.

    Nəzərə almaq lazımdır ki,  bu “seçkilər” əksər yerlərdə seçki qutularına gedib çıxmayacaq və çox şey “məntəqə,” “dairə komissiyalarına” üzvlərin, məşvərətçi üzvlərin və müşahidəçilərin verilməsi prosesində məlum olacaq.

Seçki təşkilatlanmasının birinci mərhələsi 2015- ci ilin mayın sonuna   tamamlanması məqsədəuyğundur.

 Məhz bu təşəbbüs nəticəsində təşkilatlanmış qüvvə paralel olaraq seçki islahatı, cəmiyyətin siyasi - psixoloji cəhətdən seçkiyə köklənməsi məqsədilə müxtəlif tədbirlər, aksiyalar hazırlayıb həyat keçirirlər. (O cümlədən siyasi məhbusların namizəd göstərilməsi və onların xeyrinə imzalar toplanın təbliğat kampaniyası aparılması; platformaların hazırlanması və təqdimi, seçki islahatı tələbləri və s. )

 Təşəbbüs uğurlu alınarsa daha böyük koalisiyaların yaranmasına təkan verə və hakimiyyətin seçki taktikasının formalaşmasına da  təsir göstərə bilər.  Əlverişli konyukturda bu gün ədavət aparan siyasi müxalifətin və bütövlükdə demokratik düşərgənin böyük birliyinin alınması istisna edilmir. 

  Təşəbbüsü müxtəlif modifikasiyalarda DM, siyasi partiyalar və ya fərdlər qrupu göstərə bilər.

(Məruzə 27. XI. 2014 Milli Strateji Düşüncə Mərəzinin toplantısında təqdim edilib.)

Pənah Hüseyn, AXP sədri

Musavat.com

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti