Rusiya Azərbaycanın da yer aldığı bölgənin yaxınlığında gələn il misli görünməmiş hərbi təlimlər planlaşdırır; rusların separatçı Abxaziya ilə ortaq ordu yaratmağa başlaması təsadüfdümü? 

 Rusiya hər nə qədər Qərbin iqtisadi sanksiyalarından əziyyət çəksə də, neft və rubl dəyərdən düşməyə başlasa da, hələ ki özünün “Yaxın xaric” siyasətinə pozitivə dəyişiklik etmək istəyində görünmür. O sırada Ukrayna məsələsində Moskva beynəlxalq birliyin umduğu konstruktiv mövqeyi sərgiləməyə tələsmir.

 Doğrudur, Putinin 2014-cü ilə planlaşdırdığı Avrasiya layihələri yarımçıq qaldı, ancaq belə görünür, Kreml başçısı ümidlərini də itirməyib. Əksinə, gələn il üçün layihələri başa çatdırmaqdan ötrü daha məkrli planlar cızmağa, taktikaya müvafiq düzəlişlər eləməyə hazırlaşır. Düzəlişlərin qayəsində isə hərbi amil dayanır. Bir az da dəqiq desək, söhbət yaxın-uzaq qonşuları hərbi güclə hədələmək faktorundan gedir. 

 Nəzərə alsaq ki, şimal qonşumuzun xarici siyasət kursunda hərbi güclə hədələmək, hərbi müdaxilə daim həlledici rolda olub, o zaman yeni planların dünya və region üçün təhlükəlilik dərəcəsi bəlli olar. İkinci yandan, daxili sosial-iqtisadi durumun pisləşməsi fonunda Putinin reytinqinin tədricən düşməsi Rusiya rəhbərliyini istər-istəməz xarici siyasətdə tezliklə ildırımsürətli uğur əldə edib bunu “kompensasiya” eləmək zərurəti yaradır. Uğur isə yeganə olaraq hərbiyyəyə bağlıdır, çünki ölkə dünya və bölgə üçün xammal mənbəyindən savayı hər hansı iqtisadi-texnoloji maraq kəsb eləmir, bu sahələr üzrə o, qabaqcıllıq nümunəsi sayılmır.

 Bu və başqa səbəblərdən Putin son zamanlar Rusiya silahlı qüvvələrinin gücləndirilməsinə, ordunun daha modern hərbi texnika ilə təmin edilməsinə xüsusi diqqət ayırır. Büdcə gəlirləri bəlli səbəblərdən azalsa da, paralel surətdə böyük silah satışı hesabına nəzərdə tutduğu hərbi islahatları maksimum qısa zamanda yekunlaşdırmağa çalışır. Eyni zamanda ordunun döyüş qabiliyyətinin qaldırılması qayğısına qalır. 

 Bu, həm də ona görə lazımdır ki, Putin 2015-in postsovet məkanı uğrunda Qərblə geosiyasi savaşda həlledici il olacağını bilir. Təsadüfi deyil ki, üzümüzə gələn il Azərbaycanın da yer aldığı cənub istiqamətində şimal qonşumuz indiyədək misli görünməmiş sayda hərbi təlim keçirməyi planlaşdırır: "RİA-Novosti"nin hərbi mənbələrə istinadən verdiyi məlumata görə, 2015-ci ildə Cənub Hərbi Dairəsi 20-dən artıq geniş miqyaslı təlim həyata keçirəcək, bu təlimlərə rekord sayda - on minlərlə hərbi qulluqçu və ən müxtəlif qoşun növləri, müasir hərbi donanma və HHQ vahidləri cəlb olunacaq.

Hərbi təlimlər isə şübhə yox ki, döyüş hazırlığını artırmaqla yanaşı, qonşulara, rəqib dövlətlərə güc nümayişidir. Deməli, növbəti il Rusiya öz “sözəbaxmaz” qonşularını daha sərt şəkildə təhdid eləməyi hədəfləyib. 

 Ötən həftə Rusiya ilə separatçı Abxaziya arasında ortaq hərbi qüvvələr yaratmaq və sərhədləri birgə qorumaq haqda imzalanan və dərhal da ratifikasiya edilən müqavilə də eyni kontekstdə qiymətləndirilə bilər. Qərb ölkələrinin sərt etirazlarına baxmayaraq bu “sənədlə” Moskva strateji bir bölgənin burnunun ucunda hərbi mövcudluğunu gücləndirmək üçün bir növ, yeni legitimlik qazanmış olub. Onu da nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanın şimal sərhədi boyu onsuz da illərdir böyük hərbi texnika və canlı qüvvə cəmləşdirib.       

 Beləliklə, şimaldan Azərbaycana, digər bölgə ölkələrinə təhdidlərin daha qorxulu qiyafədə növbəti ilə keçdiyini təxmin eləmək olar. Təbii ki, bu yeni çağırışları ilk növbədə “heç bir bloklara qoşulmayan” Azərbaycan hesaba almalıdır. Necə? O, artıq ölkəmizin  Milli Təhlükəsizlik Konsepsiyasının diktə elədiyi şərtlərdən asılıdır. 

 Qorx ki, kontur-tədbirlər qismində Bakının Moskva ilə  ildən-ilə genişlənən hərbi-texniki əməkdaşlığı da kara gəlməsin. Hər halda, Rusiya rəsmiləri və diplomatları dəfələrlə bəyan ediblər ki, Azərbaycanla silah ticarəti sırf kommersiya məsələsidir və burada ayrı məna axtarmaq lazım deyil. Yəni bir daha Kremlin hərəkətlərinin proqnoza yatımlı olmadığı üzə çıxır.

 Musavat.com

 

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti