|
Türkiyədə 13 əsgərin şəhid olmasında günahlandırılan komandirlərin məhkəməsi keçirilib.
Avropa.info-nun məlumatına görə, Diyarbəkirin Silvan rayonunda üç il əvvəl PKK terrorçuları 13 əsgəri şəhid edib, 7 əsgəri yaralamışdı. Hadisə ilə bağlı 4 komandir vəzifəsinə laqeydlik iddiası hərbi məhkəməyə çıxarılıb.
İddianamədə komandirlərin təcrübələrindən yararlanmadıqları yer alıb:
“Alay komandirinin səhlənkar davrandığı məlum olub. Hücum zamanı lazımi həssasiyyət göstərilməyib. Hadisənin tabur komandirindən tutmuş bütün hərbçilərin yol verdiyi xətalardan törəndiyi qənaətinə gəldik”.