Ceyhun Nəbi

Xalq Cəbhəsi anlayışı siyasi termin olaraq dünyanın bir çox ölkələrində tətbiq olunsada, bizim ölkədə onun tətbiqi, şəkillənməsi başqa formada həyata keçirilmişdi. Bizdə bu millilik üzərində qurulmuşdu, onun ideya daşıyıcılarına, düşüncə sahiblərinə Cəbhəçilər deyilib.
Cəbhəçilər kimlərdir ? Əlbəttə hər bir kəs özünə Cəbhəçi deyə bilər, onun qarşısında heç bir sədd yoxdur, bəziləri zövq almaq üçün, bəziləri qürurlanmaq üçün, bəziləri siyasi maraqlar üçün, bəziləridə onu başa düşməsə belə o adı daşıyır. Bəs yaxşı əsl Cəbhəçilər kimlərdir ? Ən birinci bu dövlətçiliyə bağlı, onu Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qəbul edənlər, bu dövlətin istiqlal və bağımsızlığını ən üstün hesab edənlər, bu ölkənin vətəndaşlarının hürriyyəti uğrunda döyüşən və onu qoruyan vətən övladlarıdır. 
Cəbhəçilik siyasi çalarlardan çox, idealoji mahiyyət daşıyır. Qarşımıza konkret hədəf və dəyərləri qoymuş hərəkatçılıqdır. təsəvvür edin ki, bizlərdə deyirik ki, məndə Cəbhəçiyəm, birdə Ramiz Qəmbərovun, Allahverdi Bağırovun, Əliyar Əliyevin, Mehman Ələkbərovun, Şahmərdan Cəfərovun, Eldar Bağırovun, İkram Zeynalovun, Məşədi Əbdülün və s-nin Cəbhəçiliyinə baxın, fərqi görəcəksiniz, Cəbhəçilik bu şəxslərin simasında özünə rəng verib, əsl Cəbhəçilik mahiyyətini alıb. 
Cəbhəçilik özünün mahiyyəti üzrə özünün əxlaq sistemini formalaşdırıb, bunun nəticəsidir ki, son günə qədər bu adı daşıyanlar çətin yollar keçir və keçməkdədirlər. Cəbhəçilər böyük əziyyətlərə, sıxıntılara qatlaşaraq ölməz ideyanı qoruyub, saxlayıblar. bu əxlaq onları ölməz vətən sevgisindən, eşqindən ayrı sala bilməyib, hətta onları buna məcbur etsələr belə səpilmiş müqqədəs toxumlar cücərir, gənclərin düşüncəsinə daşınır. 
Xalq Cəbhəsinin formalaşmasında, onun düşüncə şəkillənməsində və Cəbhəçilərin vətən övladları olaraq yetişməsində ən böyük yer ölməz öndərimiz Əbülfəz Elçibəyə məxsusdur. Xalq Cəbhəsi, onun bərpa etdiyi Azərbaycan Respublikası və Cəbhəçilərin ölməz düşüncə və idealları Əbülfəz Elçibəyin əsəridir. Bu silinməz, yaddaşlarda yaşayan idallar Azərbaycanın varlığıdır.
Bu ideallar, böyük əxlaqın daşıyıcısı olan vətən övladları Azərbaycanı bütövlüyə APARACAQ. 
Mütləq BİZ QALİB GƏLƏCƏYİK.

 

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti