“Onlar şeirləri xəncərlərinə həsr edirdilər. Onlar xəncərləri daha çox sevirdilər, nəinki arvadlarını. Qisas onların inamı idi”.

 Fransanın “Le Nouvel Observateur” nəşri bu sözləri ingilis yazıçısı Lesli Blanşdan sitat gətirib.

“Le Nouvel Observateur” nəşri qeyd edir ki, XIX əsrdə yaşayan Qafqaz döyüşçülərinin bu təsviri aktuallığını indi də itirmir.

“Çeçen döyüşçüləri bu gün yenidən əllərində silah Yaxın Şərqdə meydana çıxırlar. Onlar igidliklərinin nümayişi üçün bu gün Suriya və İraqı yeni döyüş sahəsinə çeviriblər. Rusiya hərbi maşınının zərbələri altında “qəzavat”dan (inam uğrunda müqəddəs müharibə) məhrum olan Qafqaz könüllüləri indi bütün dünyada, həmçinin “İslam Dövləti”ndə Allah naminə müqəddəs müharibə aparırlar. Çeçenlər bu dəfə doğma torpaqlarında vuruşmaq imkanlarına malik deyillər, onlar Moskva tərəfindən dəstəklənən Suriya rejiminə qarşı çıxaraq Rusiya ilə hesablaşmağa çalışırlar. Şərq onlara özlərinin epopeyasında bir neçə yeni səhifə yazmağa imkan verəcək. Çeçenlər ilk dəfə öz torpaqlarından kənarda vuruşurlar, onlara artıq ailəsi və xalqın təhlükəsizliyindən narahat olmaq lazım deyil”, - deyə fransız nəşri bildirir.

Təxmini hesablamalara görə, hazırda Suriya və İraqda 1500-ə qədər çeçen döyüşür. “Hərçənd onların dəqiq sayını demək çətindir. Çünki onlar hər gün gəlirlər və gedirlər”,  - deyə tarixçi-politoloq Mayrbek Vaçaqayev qeyd edib. Onun sözlərinə görə, onlardan yalnız 10 faizi Çeçenistan Respublikasından gələnlərdir. Çox hissəsi (50-60 faizə qədər) Yaxın Şərqdən, xüsusilə Türkiyədən və Suriyadan gəlib.

Bunlar iki çeçen müharibəsinin qaçqınları və XIX əsrində Ruisiyanın işğalından sonra xarici ölkələrə gedən çeçen diasporanın nümayəndələridir. Bu təcrübəli və qətiyyətli insanlar qorxunc gücü təşkil edirlər. Qalanları (20-30 faizə qədər) isə Qərbi Avropadan (orada demək olar ki, 200 min çeçen qaçqını var), ilk növbədə Avstriya, Almaniya və Belçikadan gələnlərdir.

“Le Nouvel Observateur” nəşri qeyd edir ki, çeçen döyüşçülərinin sayı heç vaxt xüsusi rola oynamayıb: “XIX əsrdə bir ovuc çeçen çar batalyonlarının irəliləyişinə inadla müqavimət göstərirdi. 1994 və 1999-cu illərdə qüdrətli Rusiya ordusunun 100 min əsgərinə cəmi bir neçə min çeçen cavab verirdi. Moskva kiçik Çeçenistan Respublikasını (iki fransız departamenti ölçüsündə) yatırdı, əhalisini boşaltdı, qəbilə və dini düşmənçiliyini yandırdı, “millətçilər”ə qarşı “musəlmanlar”ı gizli gizli şəkildə dəstəklədi... Yalnız bu yollarla üsyançı hərəkara ləğv edə bildi”.

Fransız nəşri bildirir ki, hazırda “İslam Dövləti”nin Suriya və İraqda apardığı asimmetrik müharibədə hiylə, sürət və dəqiqlik həlledici rol oynayır.

Publika.az

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti