Bu gün Minskdə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Yevgeni Perebiynes mətbuata açıqlamasında bildirib ki,  MDB bu günə qədər Ukraynaya heç bir dəstək verməyib, orada iştirak edən ölkələr də bundan nəticə çıxarmalıdır. Y. Perebiynes Ukrayna hökumətinin MDB-nin iclaslarında iştirak etməməsinin, bu iclaslarda iştirak edən ölkələrə bir mesaj olduğunu vurğulayıb.

Məsələ ilə bağlı politoloq Vəfa Quluzadə Aktual.az-a açıqlamasında deyib ki, Rusiya Ukraynada qələbə çalsa, MDB Sovet İttifaqına çevriləcək:

“Əgər Rusiya Amerika və Avropaya qalib gəlib, Ukraynada qələbə çalsa, MDB Sovet İttifaqına çevriləcək.  Amma bütün bunlar fantaziyadır. Belə bir vəziyyət ola bilməz. MDB yaxın vaxtlarda dağılacaq. Neftin qiyməti düşən kimi Rusiyanın problemləri elə həddə çatacaq ki, MDB yadına düşməyəcək. O zaman, üzv ölkələr daxil olmaqla, biz də, MDB-ni ləğv edəcəyik”.

V. Quluzadə qeyd edib ki, MDB, üzv ölkələrin heç birinə xeyir verməyib:

“Mən 1999-cu ilə qədər MDB-nin bütün sammitlərində, eyni zamanda, Leonid Kuçmanın apardığı iclasların hamısında iştirak etmişəm. Tam əminliklə deyirəm ki, MDB, üzv ölkələrin heç birinə xeyir verməyib. Bu günə qədər onun əsas işi o olub ki, Rusiyanın  fövqəlmillət struktur yaratmasına müqavimət göstərilib və buna imkan verilməyib. Ukraynanın rəhbərliyi altında biz də buna nail olmuşuq. Çünki Ukrayna, MDB-nin ən güclü, ən avtoritetli ölkəsi kimi, Rusiyanın MDB-ni Sovet İttifaqına çevirmək arzularına müqavimət göstərib, biz də onların arxasınca getmişik. İndi Ukrayna, tam haqlı olraq, MDB-də iştirak etmir, bizə də mesaj göndərir ki, onun yolu ilə gedək. Biz də gələcəkdə belə edəcəyik. Baxaq görək, bu gələcək yaxın olur, ya uzaq”.

 

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti