|
Eldəniz Quliyev
...Əgər ölkədə bir nəfər belə olsun siyasi və vicdan məhbusu yoxdursa, əgər söz və vicdan azadlıqları addım başı tapdanmırsa, əgər şahın qanun olduğunu yox,qanunun şah olduğunu düşünürsünüzsə və əgər azad , demokratik bir məmləkətdə firavan həyat sürdüyünüzü zənn edirsinizsə, korrupsiyadan, məmur və məmur övladlarının qudurğanlıqlarından əzab- əziyyət çəkmirsinizsə, - onda heç zəhmət çəkib MİTİNQƏ GƏLMƏYİN!
Yox, əgər rejim sahibləri və "doydum" deməyən təpəgöz məmurlar tərəfindən məmləkətimizin, ləyaqətimizin, mənəviyyatımızın necə didilib- parçalandığına, məhv edildiyinə biganə qala bilmirsinizsə, yekəqarın polisin, savadsız həkimin, rüşvətxor və yaltaq müəllimin, (üzr istəyirəm), poxun yemiş xoruz kimi özünü dartan çoxsaylı nazirlərin, başçıların, hakimlərin,sədirlərin, müdir və rəislərin əlindən təngə gəlmisinizsə, eləcə də hər gün üzləşdiyiniz zordan, zillətdən, təhqirdən,haqsızlıq və qanunsuzluqdan boğaza yığılmısınızsa, onda mütləq - MİTİNQƏ GƏLİN!
Gəlin və eyni taleyi yaşayan özünüz kimi minlərlə insanla çiyin-çiyinə dayanın! Tələb edin! Borcunuzu, oğurlanmış qismətinizi, ruzinizi, pulunuzu, çörəyinizi tələb edin! Alın tərinizin, göz yaşlarınızın,əllərinizin qabarının,yuxusuz gecələrdə çəkdiyiniz Ahların, alnınızdakı ağrı qırışlarının, bihudə itirdiyiniz ömrünüzün əvəzini tələb edin!
Qorxmayın,xoflanmayın! Və unutmayın ki, bütün bunlar Sizin, həm Allah-Təala, həm də Qanun tərəfindən verilmiş halalca HAQQINIZ, HÜQUQUNUZDUR!