|
Allahşükür Paşazadə Azərbaycan müsəlmanlarının dini rəhbəri ola bilməz.
Hakimiyyətin Azərbaycanda islam dininin sağlamlaşması istiqamətində apardığı fəaliyyət ölkə dindarları və ictimaiyyətin bütün spektri razılıqla qarşıladı.Hətta hakimiyyətin bütün əməllərində əmma axtaran müxalifət bu kompaniyaya dəstək olmasa da razılıqlarını gizlətmədilər. Mübariz Qurbanlının Dini Qurumlar Üzrə İş komitəsinə sədr gətirildiyi gündən reformaların olacağına şübhəm qalmamışdı.Hətta o zaman Mübariz Qurbanlının təyinatını ən uğurlu seçim kmi qiymətləndirmişdim.Həmçini onu da qeyd etmişdim ki, ölüdən pul qazananlar mafiyası bu təşəbbüsün əleyhinə çaxacaqlar.Dediklərim artıq özünü doğrultmağa başlayıb.Öncə güman etmək olardı ki, yas mafiyasının xırda balıqları hücuma keçəcək və estafet sonradan balinalara ötürüləcək.Görünür Milli məclisin dini ayinlərlə bağlı qərar layihəsi hazırlaması xəbəri yas mafiyasının balinalarının səbrini daşdırdı. ANS kanalının aparıcısı Elgizinin verilişində yas mərasimlərinin vəziyyəti müzakirə olunarkən yalnız çadır kirayəsi ticarətində 750 milyon pulun vergidən kənar ciblərə axdığı qeyd olundu.Əhalinin böyük əksəriyyəti hakimiyyətin bu xoş niyyətini razılıqla qəbul etməsinin hər birimiz məclislərdə şahidi oluruq.Lakin bütün Azərbaycan dindarlarının gözü qarşısında Təzə Pir məscidindəki yas mərasimləri zallarında köhnə qayda tətbiq olunur.Bu azmış kimi insanların həyat şəraitinin müsbət mənada dəyişməsinə gətirib çıxaran bu təşəbbüsü dəstəkləmək əvəzinə Allahşükür Paşazadə cənabı hələ də insanlar qarşısına çıxaraq israfçılılğın islamın ən böyük düşməni olması barədə çıxışını etməyib.Əvəzində deputat Cavanşır Paşazadə bu təşəbbüsün əleyhinə çıxışlar edərək bu addımın demokratiyaya zidd olduğunu bəyan edir.Azərbaycan əhalisinin maraqlarına xidmət etmək istəməyən şəxslər Qafqaz Müsəlmanlarını təmsil edən bir idarənin başında qala bilməzlər.